Paşinyanın məkrli niyyəti: Ermənilər təxribata bu səbəblərdən əl atıblar – İLGİNC DETALLAR

2022-09-13 20:35:00

Paşinyanın məkrli niyyəti: Ermənilər təxribata bu səbəblərdən əl atıblar – İLGİNC DETALLAR

Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı həm də uzun zamandır davam edən danışıqlar prosesinin davam edib-etməyəcəyi məsələsini gündəmə gətirib. Hələlik bu haqda rəsmi açıqlama olmasa da, düşmənin təxribatından əl çəkməməsi və şəhidlərimizin olması yaxın vaxtlarda danışıqların baş tutmayacağını deməyə əsas verir. Bəs görəsən cəbhədə baş verən gərginliyin Azərbaycan və Ermənistan arasında gedən danışıqlar prosesinə təsiri necə olacaq?

Hurriyyet.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən politoloq Fikrət Sadıqov bildirib ki, gərginlik və təxribatlar danışıqlar prosesinə müəyyən mənfi təsir göstərə bilər: “Ermənilər bəlkə də danışıqları pozmaq, sülh sazişinə imza atmamaq, demarkasiya və delimitasiya məsələsindən imtina etmək və dünya birliyinin diqqətini bu mövzuya yönətmək məqsədini qarşıya qoyublar. Paşinyan hələ Brüsseldən qayıdandan sonra ilin sonuna qədər sülh sazişinin imzalanmalı olduğunu dilə gətirdi. Lakin Vladivastokdakı forumda çıxış edərkən Ermənistanın Baş naziri öz fikirlərini dəyişdi. O bildirdi ki, Ermənistan sülh sazişini imzalamadan öncə Qarabağda yaşayan ermənilərin hüquqları məsələsi gündəmə gəlməli və statusla bağlı yenidən qərar qəbul olunmalıdır. Beləliklə, Paşinyan faktiki olaraq məsələni əngəlləyir və öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Biz isə bu reallıqla üz-üzəyik. Təbii ki, müəyyən zaman keçdikdən sonra aparıcı dövlətlər yenidən Azərbaycana danışıqların davam etməsi üçün təsir göstərsələr, o zaman bizim müəyyən arqumentlərimiz olacaq. Yəni hansısa razılığa gəldikdən sonra heç bir dəyişikliyin olmayacağına dair yeni tələblər irəli sürə biləcəyik”.

Fikrət Sadıxov | Qərbi Kaspi Universiteti

Politoloq əlavə edib ki, baş verənlərdən sonra yaxın gələcəkdə  danışıqların yenidən bərpa olunacağına inanmır: “Ola bilər ki, müəyyən vaxt keçdikdən sonra danışıqlar yenidən davam etsin. Hazırda isə təxribatlar nəticəsində şəhidlərimiz var. Baxmayaraq ki, Azərbaycan ordusu Ermənistanın təxribatlarının qarşısını alıb və düşmənə layiqli cavab verib.  Amma münaqişə səngisə də, biz ermənilərlə danışıqlar masasına belə tez əyləşməyə tələsməməliyik”.

Müşviq Tofiqoğlu


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.075491