Saat:03:19
Haqqımızda

Paşinyanın Laçın dirənişi: Yenə Moskvadan imdad gözləyir - GƏLİŞMƏ

2022-08-18 19:35:00

Paşinyanın Laçın dirənişi: Yenə Moskvadan imdad gözləyir - GƏLİŞMƏ

Azərbaycan Laçın rayonunun Zabux və Sus kəndlərində, o cümlədən şəhərdə qanunsuz məskunlaşan ermənilərə həmin əraziləri tərk etmək üçün avqustun 25-nə kimi vaxt verib.

Lakin deyilən vaxta qısa müddət qalmasına baxmayaraq, bəzi ermənilər əraziləri tərk etməyəcıyini deyir.

Üstəlik, gedən ermənilər də evləri və meşələri yandırır. Hətta Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvada keçiriləcək üçtərəfli görüş zamanı Zabux və Laçın şəhərində yaşayan ermənilərin təxliyəsini təxirə salmaq üçün hər şeyi edəcəyini bildirməsi ilə bağlı xəbərlər yayılıb. Son baş verən proseslərə də nəzər saldıqda artıq bunun üçün düyməyə basıldığını görmək mümkündür. Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, bu vəziyyət Azərbaycanı qarşıdurmaya sövq edir:

“Yəni son baş verənlər bölgədə yeni bir qarşıdurmanın yaranmasından xəbər verir. Ermənilər nəyə görə bu ərazini tərk etməməlidirlər? Biz Qarabağın dağlıq hissəsindəki separatçıları ərazini tərk etməyə məcbur etmirik. Biz hələlik Laçının Zabux və Sus kəndlərinin boşaldılmasını tələb edirik. Amma ermənilər yenə də hoqqabazlıq edirlər. Əslində Laçında sadəcə 100-150 nəfər arasında erməni ailəsi qalıb, onlar heç ailə də deyil, bəziləri tək yaşayır. Onlar yəqin ki, yuxarıdan aldıqları əmrlə dirənirlər və məqsədləri Laçın dəhlizinə alternativ çəkilmiş yoldan imtinaya bənzər bir prosesi həyata keçirməkdir. Yəni erməni tərəfi yolun öz tərəfindəki hissəsini tikməyib. Bunu da ermənilərin bölgədə yerləşməsi və separatçıların istəyi ilə həyata keçirdiyini söyləmək mümkündür”.

Politoloq qeyd edib ki, ermənilər yenidən qarşıdurma istəsələr, Azərbaycan buna layiqli cavab verəcək:

“Azərbaycan Prezidentinin dediyi kimi, bəlkə də “Qisas” əməliyyatı hələ yekunlaşmayıb və bu məsələ ermənilərin özünü necə aparacağından asılı olacaq. Əgər ermənilər qarşıdurma istəyirsə, biz istəməsək də belə vəziyyətə getməyə məcbur olacağıq. Yəni Azərbaycan Ordusunun gücü ilə onların müqaviməti sındırılaraq ərazilərimizin geri qaytarılması təmin ediləcək”. \\Dia.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR