Saat:06:37
Haqqımızda

Paşinyanın KTMT çağırışının PƏRDƏARXASI – “Müdaxilə hər an baş tuta bilər”

2022-05-19 16:11:00

Paşinyanın KTMT çağırışının PƏRDƏARXASI – “Müdaxilə hər an baş tuta bilər”

“Hansısa bəyanatlar səsləndirib, sonradan imtina etmək Paşinyanın stilidir. O, çox istərdi ki, KTMT qüvvələri gəlib onu xilas etsin. Nikolun kreslosu artıq laxlayır və belə olan şəraitdə mitinqləri dağıtmaq üçün artıq xüsusi xidmət maşınları küçələrə çıxarılıb. Bu çağırış, təbii ki, təsadüfi deyildi”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Bizim.Media ilə fikirlərini bölüşən politoloq Fikrət Sadıxov səsləndirib.

Belə ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını ölkəsindəki mitinqlərin genişlənəcəyi təqdirdə müdaxilə etməyə dəvət etməsini şərh edən politoloq qeyd edib ki, Nikolun Qazaxıstanla müqayisə aparmasına da diqqət çəkib:

“Qazaxıstanda vəziyyət Ermənistandan fərqli idi. Paşinyanın hansısa bir ölkə ilə müqayisə aparması tam olaraq əsassızdır. O ki qaldı KTMT qoşunlarına, hər halda onların hələlik Paşinyanın çağırışına müsbət cavab verməsi real görünmür. Digər reallıq da ondan ibarətdir ki, Rusiya və digər dövlətlər gözləyir ki, Paşinyan özünü müəyyən çərçivədə aparsın, MDB məkanında, KTMT çərçivəsində olan qanun-qaydalara əməl etsin. Əlbəttə, KTMT müdaxiləsi hər an baş tuta bilər, lakin burada əsas fiqur Rusiyadır və qərarı da Rusiya verəcək”.

Fikrət Sadıxovun sözlərinə görə, revanşist müxalifət hər an daha radikal addımlara əl ata bilər:

“Hələlik, revanşistlərin mitinqinin Paşinyan üçün ciddi təhlükə yaratdığını görmürəm. Amma onlar çox aqressiv çıxışlar edən radikal, revanşist qüvvələrdir. Belə bəyanatlar səsləndirənlərin hər an daha radikal addımlara əl atmaq ehtimalı var. Əgər kütləvilik olarsa, Paşinyan üçün müəyyən çətinlik ola bilər”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR