Paşinyanın kortejinə qarşı təxribat - VİDEO

2022-05-28 16:17:00

Paşinyanın kortejinə qarşı təxribat - VİDEO

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyanın korteji keçən yolda təxribat törədilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, vətəndaşlardan biri Respublika günü münasibətilə Sardarapat abidəsini ziyarətə gedən Nikol Paşinyanı qəfldən qışqıraraq təhqiramiz şüarlarla qarşılayıb. Müxalif saytlar hətta ilk saniyələrdə polislərdən birinin əlini çaşıb silaha atdığını da yazıb.

"Bir müddət əvvəl Paşinyanı müşayiət edən kortej “Nikol, satqın!” şüarı ilə qarşılanıb. Daha doğrusu yol qırağında dayanıb kortejə baxan vətəndaşlardan biri elə polislərin yanındaca gözlənilmədən qışqırmağa başlayıb ki, bu da ilk baxışdan ciddi təxribat kimi qəbul olunub. Lakin qışqıran həmin vətəndaş güc tətbiq edilmədən saxlanılaraq polis bölməsinə aparılıb", - saytlar yazıb.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya