Paşinyanın KAPRİZLƏRİ Putini bezdirir - SÜLHƏ qoyulan SÜNİ maneə

2022-12-27 20:24:00

Paşinyanın KAPRİZLƏRİ Putini bezdirir - SÜLHƏ qoyulan SÜNİ maneə

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, rəsmi İrəvan Azərbaycanın təqdim etdiyi 5 bəndlik prinsipdə Ermənistan üçün qəbuledilməz heç nə olmadığını bəyan etmişdi.

Bəs indi nə oldu?

Hurriyyet.Az-ın məlumatına görə, Ceyhun Bayramov bildirib ki, Ermənistan daha əvvəl olunan razılaşmalardan geri çəkilir.

Belə deyək, bu, Ermənistana xas stildir. Çünki I Qarabağ savaşından sonra da onlar konflikti dondurmaqla məşğul idilər. Hətta Ermənistandakı hakimiyyət dəyişiklikləri də buna xidmət edirdi. Nümunə kimi Petrosyanı Koçaryanın əvəzləməsi, parlamentdə terrakt, Roberti Serj Sarkisyanın 10 illik əvəz etməsi, ardınca Nikolun çevrilişlə hakimiyyətə gəlişi, təmas xətti təxribatları sanki danışıqlar prosesini pozmağa hesablanmışdı. Çünki tərəflər irəliləyiş əldə etməyə yaxınkən Ermənistanda inqilab olurdu və yeni hökumətlə danışıqlar prosesinə sıfırdan başlanılırdı. Paşinyana qədər bu sülh dolanbacının müəllifi Rusiya idi. Yəni Ermənistanda baş verənlər Kremlin sifarişi idi. İndiki olayları isə Qərb-Rusiya çəkişməsi də adlandırmaq olar. London ilə Ağ Ev Putini “nikollayıb”.

– Paşinyanın kaprizləri Putini bezdirir. Lakin o, erməniləri itirmək istəmir. Kreml İrəvanın yersiz tələblərinə müsbət cavab versə, o zaman Bakı Moskvaya soyuq yanaşacaq, yaxud yanaşmalıdır.

– Qərbin adamının qarşısına qoyulan əsas vəzifə Rusiyanı Ermənstandan çıxartmaq olduğu üçün İrəvan Bakı ilə sülhü Moskvasız imzalamaq niyyətindədir.

Kremlin Qarabağdakı mandatı isə Azərbaycanın əlindədir. Yəni istədiyimiz vaxt xidmətlərindən imtina edə bilərik. Çünki buna əsaslı səbəblərimiz var. \\KONKRET.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.343734