Paşinyanın istefası tələb olunur
2023-04-05 07:49:00

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, aprelin 4-də İrəvanda ölkənin Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə mitinq keçirilib. Əleyhdarlarının sözlərinə görə, Paşinyanın hakimiyyəti Ermənistandakı bütün problemlərin mənbəyidir.
“Birlikdə” hərəkatının iştirakçıları İrəvandakı parlament binasının qarşısında mitinqə çıxıblar. Nümayişçilər Baş nazir Nikol Paşinyanın və ümumilikdə Nazirlər Kabinetinin istefa verməsini, sərhədlərin təhlükəsizliyinin təmin edilməsini tələb ediblər.
İştirakçılar arasında bir sıra siyasi partiyaların liderləri, ölmüş hərbçilərin valideynləri və müharibə veteranları olub. Keçmiş Baş nazir Qrant Baqratyan da Paşinyanın əleyhdarları arasında çıxış edib.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya