Saat:02:33
Haqqımızda

“Paşinyanın fikrincə, sülhməramlılar ermənilər üçün özlərini odun içərisinə atmalıdırlar” – Korotçenko

2022-08-04 18:31:00

“Paşinyanın fikrincə, sülhməramlılar ermənilər üçün özlərini odun içərisinə atmalıdırlar” – Korotçenko

Hurriyyet.az xəbər verir ki, Rusiya jurnalisti və hərbi eksperti, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko “Feysbuk” şəbəkəsindəki paylaşmasında Nikol Paşinyanın Rusiya sülhməramlılarını tənqid eləməsi ilə bağlı narazılığını bildirib. Korotçenko yazıb: “Ermənistan hökumətinin iclasında Baş nazir Nikol Paşinyan Rusiya Sülhməramlı Kontingenti ilə bağlı bir sıra yetərincə kobud fikirlər səsləndirib. Onun fikrincə, rusiyalı sülhməramlılar erməni tərəfi üçün özlərini odun içərisinə atmalıdırlar.

Paşinyan bəyan edib ki, Qarabağdakı hadisələr RF sülhməramlılarının fəaliyyəti ilə bağlı suallar doğurur.

Rusiyada isə həm Qərblə dilxoşluq edən Paşinyanın özünün fəaliyyəti, həm də Azərbaycanın Qarabağ regionundakı erməni hərbi birləşmələrinin təxribatçı fəaliyyəti ilə bağlı suallar yaranır”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR