Paşinyanın əleyhdarları həbs edildi

2022-04-26 17:52:00

Paşinyanın əleyhdarları həbs edildi

Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, İrəvanda müxalifətin keçirdiyi aksiyalarda on nəfər həbs edilib.

Baş nazir Nikol Paşinyanın istefasını tələb edən şəxslər polis məntəqəsinə aparılıblar.

Bu gün müxalifətçilər İrəvanın bir neçə küçəsinə gedən yolu bağlayıblar.

Erməni parlamentinin vitse-spikeri, “Ermənistan” müxalifət fraksiyasının nümayəndəsi İşxan Saqatelyan bir neçə gün bundan əvvəl 25 aprel tarixindən etibarən bütün Ermənistan ərazisində fasiləsiz etiraz aksiyalarının başlanacağını elan eləmişdi.

Digər müxalifət fraksiyasının lideri – Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş başçısı Artur Vanetsyan isə bildirmişdi ki, aprelin 25-də  “mübarizənin ikinci, daha fəal, daha dinamik mərhələsi başlanır, onun hədəfi daha çox adamın səfərbər edilməsi olacaq”.

Vanetsyan 17 aprel tarixindən bəri İrəvandakı Azadlıq meydanında etiraz aksiyaları keçirir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya