Paşinyanın açıqlaması Rusiyanı mat qoydu: “İzahımız yoxdur”

Paşinyan: “Rusiya özü Qarabağla bağlı BMT Təhlükəsizlik Şurasına müraciət eləməldir”
Hurriyyet.az xəbər verir ki, RF XİN təmsilçisi Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın açıqlamasına şərh verə bilməyəcəyini bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Paşinyanın “Rusiya 2020-ci ildə Qarabağın təhlükəsizliyinin təminatçısı rolunu öz üzərinə götürüb. Əgər Rusiya Qarabağın təhlükəsizliyinə (Azərbaycanın Qarabağ iqtisadi rayonu nəzərdə tutur – red.) zəmanət verə bilmirsə, o zaman özü BMT Təhlükəsizlik Şurasına müraciət etməlidir” açıqlamasından bəhs edərkən deyib: “Bilirsiniz, bunu yalnız bir kəlmə ilə qiymətləndirmək olar - fırlanan möcüzələr. Mən sizə başqa tərif verə bilmərəm. Mən hətta təhlil etməyə çalışmayacağam və burada nəyin nəzərdə tutula biləcəyi ilə bağlı hansısa bir nəticəyə gəlməyəcəyəm“.
O qeyd edib ki, o, razılaşmaları və müqavilələri xatırlamayacaq. “Bu ifadə o qədər izaholunmazdır ki, izah etmək fikrində deyiləm. Bu, inanılmaz dərəcədə hiyləgər söz oyunudur”.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya