“Paşinyanı QANLA devirəcəyik”

“Müxalifət Ermənistanda hakimiyyət dəyişikliyi uğrunda mübarizəni davam etdirəcəyini vəd edir və bunu xarici təhlükələrə qarşı durmaq üçün yeganə fürsət hesab edir”.
Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistan parlamentində müxalif “Şərəf duyuram” fraksiyasının rəhbəri Ayk Mamicanyan danışıb.
Onun sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişikliyini küçələrdə və meydanlarda etiraz edən vətəndaşlar həyata keçirəcək.
“Əgər Paşinyan müdriklik nümayiş etdirməsə, bu, həm də qanla təmin olunacaq”, - deyə erməni deputat bildirib.
Onun sözlərinə görə, ölkənin gələcəyi və dövlətçiliyin qorunub saxlanması maraqları hər cür qurban verməyə dəyər.
Mamicanyan etirazçı siyasi qüvvələrin hakimiyyəti dəyişmək üçün əllərindən gələni edəcəyini bildirib./Musavat.com /
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya