"Paşinyanı devirib həbsxanaya göndərəcəklər, ya da edam edəcəklər" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

"Ermənistanın baş naziri Qərbin regionda "etibarlı" müttəfiqi roluna girib və geosiyasi nizamı dəyişməyə çalışır"
"Ermənistanın baş naziri Nikol Paşinyan Cənubi Qafqazda yeni bir "siyasi ssenari" ortaya qoyub. Bu ssenari Parisdə hazırlanıb və məqsəd regionda Fransanın domenantlığı altında yeni bir siyasi nizama sahib olmaqdır. Paşinyan İtaliya mətbuatına verdiyi müsahibədə anti-Rusiya mövqeyini ortaya qoyaraq, regiondan Rusiyanın çıxacağını mesajını verdi". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.
Politoloqun fikrincə, erməni baş naziri Qərbi regiona gətirməklə bir neçə siyasi məqsədlərə nail olmağı planlaşdırır: "Bunlar Azərbaycana qarşı yeni bir təzyiq formalaşdıraraq Laçın yolunu tam açmaq, Qarabağda separatizmin inkişaf etdirilməsi, Rusiyanı Cənubi Qafqazdan çıxarmaq və Türkiyənin artan geosiyasi mövqeyinin qarşısını almaqdır. Bununla da Paşinyan Qərbin regionda "etibarlı" müttəfiqi roluna girib və geosiyasi nizamı dəyişməyə çalışır. Ona görə də 2 sentyabrda verdiyi açıqlamada Qarabağda ermənilərin təhlükəsizliyi təmin edilməsə, Qarabağın Azərbaycan daxilində ərazi vahidliyini qəbul edilməyəcəyi mesajını verdi".
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin sözlərinə görə, bu, Paşinyanın artıq yeni bir siyasi "mərhələyə" başlanmasını göstərir: "Məhz İran vasitəsilə silahların Ermənistana daşınması, Fransanın da birbaşa siyasi-hərbi dəstəyi Paşinyanın ikinci Qarabağ müharibəsindən sonra formalaşmış nizamı pozmağa çalışdığının sübutudur. Türkiyə də cənub sərhədlərində Ermənistanın yeni təxribatçı siyasi hərbi planından xəbərdardır. Fransanın və İranın Ermənistanın əli ilə yaratmaq istədiyi yeni nizam Ermənistan üçün ağır nəticələri olacaq. Yeni hərbi məğlubiyyət fonunda erməni xalqı bunu Paşinyana bağışlamayacaq".
Milli Cəbhə Partiyasının sədr müavininin fikrincə, Paşinyanı devirib həbsxanaya göndərəcəklər, ya da edam edəcəklər: "Ermənistan əhalisi məhz sülh üçün Paşinyana səs verdi, yeni geosiyasi planlara alət olmaq üçün deyil. Odur ki, Paşinyan təhlükəli sularda üzür və bu su onu batıracaq".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya