Saat:02:34
Haqqımızda

Paşinyandan səs-küylü bəyanat: “Qarabağ Azərbaycanındır”

2021-11-27 23:53:00

Paşinyandan səs-küylü bəyanat: “Qarabağ Azərbaycanındır”
Moskovskiy komsomolets, Rusiya
26.11.2021


“Hraparak” nəşrinin məlumatına əsasən, Ermənistanın baş naziri Nikol Paşinyan Sünikin (Zəngəzur - WM) icma rəhbərləri ilə görüşündə səs-küylü bəyanat səsləndirib.

Paşinyan ictimaiyyət nümayəndələrini Qarabağın Azərbaycana məxsus olması fikrinə alışmağa çağırıb.

“Qarabağ Azərbaycanındır. Biz sadəcə son 30 ildə özümüzü aldatmışıq. Sonda baş verməli olan baş verdi”, - baş nazir bildirib.
Görüşdə iştirak etmiş icma nümayəndələri baş nazirin bu fikirlərini şərh etməkdən boyun qaçırıblar.

Bundan başqa, Nikol Paşinyan vurğulayıb ki, Sünik vasitəsilə Azərbaycandan Naxçıvana gedən yolların açılmasına ehtiyac var, çünki hazırkı vəziyyətdən başqa çıxış yolu yoxdur: “Əks təqdirdə, Bakı Naxçıvana çıxışa hərbi yolla nail olmağa çalışacaq. Yerevanın isə qarşıdurma üçün resursu yoxdur”.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Moskovskiy komsomolets

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR