Paşinyandan radikal qərar: Ermənistanda durum dəyişir

Ermənistan Baş naziri Nikol Paşinyan bütün dövlət strukturlarının rəhbərliklərini dəyişdirmək qərarına gəlib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb.
“Rəsmi mənbələrimiz bildirir ki, Paşinyan bütün dövlət strukturlarının rəhbərliklərini alt-üst etmək niyyətindədir, ona görə də şəxsən qurumlarda nə baş verdiyini anlamaq qərarına gəlib”, - məlumatda qeyd edilib.
Nəşr bildirib ki, ötən ilin sonundan nazirliklərə baş çəkən və hesabatları dinləyən Paşinyan bir sıra nazirləri təəccübləndirib:
“Baş nazir onlara deyib ki, gördüyü işlərə görə onu tərifləməsinlər, əksinə planlaşdırılmış, amma yerinə yetirilməmiş işlər haqqında danışınlar. Yaxın vaxtlarda hakimiyyətin tabeliyində olan müxtəlif dairələrdə yeni hərəkətlənmənin olacağı istisna edilmir”.
teleqraf.com
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya