Paşinyandan Qarabağ ermənilərinə mesaj: Azərbaycanla özünüz dil tapın

2022-04-22 15:03:00

Paşinyandan Qarabağ ermənilərinə mesaj: Azərbaycanla özünüz dil tapın

Ermənistanın Baş naziri Nikol Paşinyan axırıncı Brüssel görüşündən sonrakı çıxışlarında Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq barəsində, habelə Ermənistanı illərdir qısılıb qalmış blokadadan çıxarmaq istədiyinə dair fikirlər səsləndirməkdədir. 

Paşinyan bununla da Cənubi Qafqaz reginonunda baş tutan, eləcə də Azərbaycanın iştirak etdiyi böyük transmilli layihələrdən kənarda qalmaq istəmir, əksinə Türkiyə və Azərbaycan kimi geniş bir bazara çıxmaq istəyir. Lakin burada Baş nazirə yeganə əngəl Qarabağ erməniləridir ki, onların mövcudluğu Paşinyanın sərbəst hərəkət etməsinə mane olur. Paşinyan isə hər vəchlə boğazındakı bu “zəli”dən xilas olmağa çalışır. Çünki 30 ilə yaxındır o “zəli” Ermənistanın qanını sovurmaqdan başqa heç nə etməyib.

Son vaxtlar İrəvandan Qarabağa gediş-gəlişin azalması, Xankəndi ermənilərinin sosial problemlərinə Paşinyan hökumətinin laqeyd qalması, bir çox hallarda onları mədəni şəkildə sülhməramlılara və Azərbaycana yönləndirməsi də bunu sübut edir ki, rəsmi İrəvan Qarabağdan çoxdan əlini üzüb. Bununla da Paşinyan açıq şəkildə demək istəyir ki, Azərbaycanla özünüz dil tapın, Bakı ilə İrəvan arasında qaratikan kolu olmağa çalışmayın. Amma buna baxmayaraq, illərdir öz xalqını uçurumun dibinə sürükləyən “Qarabağ klanı” yenə də dinc durmur, 30 ildən çoxdur xeyir tapmadıqları xəstə erməni millətçiliyi idealogiyasını yenə də öz xalqına aşılamağa çalışır. Doğrudur, onların arxasınca gedən kütlənin sayı indi azlıq təşkil etsə də, yenə də başı “əhləd” daşına dəyməyən, acından ölsə belə, yenə də “Metz Hayastan” deyə qışqır-bağır salan ermənilər var. Kremlin göstərişi ilə küçələrə tökülüşən “Qarabağ klanı” – “Ermənistan” və “Şərəfim var” blokları artıq bir neçə dəfə aksiyalar təşkil etsə də, görünən odur ki, kimsə onların hayına hay verməyib.

Qayıdaq Paşinyana. Əslində, Ermənistanın Baş naziri şəxsiyyət olaraq çox ziddiyətli bir persona olsa da, saman altından su yeridən bir obrazının olması da hər kəsə məlumdur. Biz Paşinyanı çox zaman qeyri-adekvat çıxışları, bəzən müharibə, bəzən isə sülh ritorikası ilə səsləndirdiyi fikirlərlə tanımışıq. Lakin onun hazırkı məqsədi, fikirləri, eləcə də yürütdüyü siyasət çox qarmaqarışıqdır. Əlbəttə, burada Rusiya faktorunu da hesablasaq, deyə bilərək ki, erməni dövlət başçısı “nə şiş yansın, nə kabab” prinsiplərinə əməl edərək öz siyasətini yürüdür.

İndiki məqamda isə görünən odur ki, Paşinyan 3 əsas məqsədi var: Azərbaycan və Türkiyə ilə əlaqələri qurmaq, müxalifəti (“Qarabağ klanı” və separatçılar - red.) oyundan kənara atmaq və son olaraq da Rusiyanın Ermənistandakı təsirini azaltmaq.

Qısacası, ermənilər arasında döyüş artıq başlayıb...


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya