Paşinyandan KTMT-yə sual: “Ermənistan sərhədləri harada yerləşir?”

2023-02-08 21:54:00

Paşinyandan KTMT-yə sual: “Ermənistan sərhədləri harada yerləşir?”

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT-ni Ermənistanın sərhədlərini müəyyənləşdirməyə çağırıb.

Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından  (KTMT) olan tərəfdaşlarına ölkəyə missiya göndərməyə hazır olduqları üçün təşəkkür edib, lakin bununla yanaşı, onlardan KTMT-nin Ermənistan ərazisindəki məsuliyyət zonasını dəqiqləşdirməyi tələb edib.

Paşinyan deyib: “KTMT-yə çox mühüm bir xahiş ilə müraciət eləmişik: Ermənistan Respublikasında KTMT-nin məsuliyyət zonasını dəqiqləşdirsinlər, yəni Ermənistan ərazisinin harada olduğunu düşündüklərini bizə xəbər eləsinlər”.

Paşinyan sual verib - əgər KTMT təmsilçiləri Ermənistanın sərhədlərinin harada yerləşdiyini bilmirlərsə, “onun işğal edilib-edilmədiyini necə bilə bilərlər?”

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.162384