Paşinyana sui-qəsd cəhdi olub - VİDEO

2023-03-09 13:18:00

Paşinyana sui-qəsd cəhdi olub - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə yerli medianın hədəfinə tuş gəlib. AzVision.az xəbər verir ki, bu dəfə baş nazirin korteji ilə bağlı qalmaqallı görüntülər yayılıb. "168.am" yazır ki, baş nazirin korteji hökumət binasına daxil olan zaman insident yaşanıb. Belə ki, polis həmin anda yoldan keçən iki nəfərə hücum edərək onları "zərərsizləşdirib".
Məlum hadisə sosial şəbəkələrin erməni seqmentində ölkə rəhbərinə qarşı sui-qəsd cəhdi kimi müzakirə olunur.

Xüsusi polis dəstələrinin yaxınlıqda yolu keçən sadə vətəndaşlara hücum etməsini təhlükəsizlik tədbiri kimi qiymətləndirənlər isə qınanılıb.

Xatırladaq ki, bu, Nikol Paşinyanın korteji ilə bağlı ilk qalmaqallı hadisə deyil. Ötən il korteji müşayiət edən polis maşını İrəvanın Paronyan küçəsində yolu keçən hamilə bir qadını vuraraq öldürmüşdü.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.327478