Saat:03:28
Haqqımızda

"Paşinyan ""Yerkrapa"nı tərksilah etməsə bu, Ermənistana baha başa gələcək" - ELXAN ŞAHİNOĞLU

2024-02-13 14:43:17

"Bu terror təşkilatına əmrləri Rusiyanın hərbi agentura şəbəkəsindən tutmuş "Qarabağ klanı"nın rəhbərləyinə qədər şəxslər verir"

"Nikol Paşinyan sərhəddə gərginlik və Azərbaycanla yeni müharibə istəmirsə, ilk işi "Yerkrapa" terror təşkilatının üzvlərini sərhəddən uzaqlaşdırması və tərksilah etməsi olmalıdır". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, adıçəkilən terror təşkilatı ordu komandanlığına və hökumətə tabe deyil, ona əmrləri Rusiyanın hərbi agentura şəbəkəsindən tutmuş "Qarabağ klanı"nın rəhbərləyinə qədər şəxslər verir: ""Yerkrapa"nın Birinci Qarabağ müharibəsindən başlayaraq Rusiya hərbi agenturasıyla əməkdaşlığının uzun tarixi var. Paşinyan bu terrorçu təşkilatı tərksilah etməsə sərhəddə təxribatlar səngiməyəcək və bu Ermənistana baha başa gələcək. Rəsmi Bakının İrəvandan tələbləri sırasına "Yerkrapa" qruplaşması tərksilah olunaraq sərhəddən uzaqlaşdırılmalıdır” şərti də əlavə olunmalıdır. Brüsselə də sualımız var: "Əgər erməni snayperi Azərbaycan mövqelərinə atəş açırsa, Sizin Ermənistandakı fəaliyyətinizin mənası nədir, nəyi monitorinq edirsiz?". Bunlar Azərbaycan ərazisinə durbinlə baxmaq əvəzinə həmin durbini arxa tərəf çevirib baxmalıdırlar. Əsl təhlükə arxa tərəfdədir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.199130