Saat:18:02
Haqqımızda

Paşinyan yeni Konstitusiyadan danışıb

2025-12-04 16:04:35

Paşinyan yeni Konstitusiyadan danışıb

"Erməni xalqı yeni Konstitusiya ilə bağlı qərar vermək imkanına malik olacaq"
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan hakimiyyəti xalqa yeni Konstitusiya təklif etmək niyyətində olduğunu və erməni xalqının yeni Konstitusiya ilə bağlı qərar vermək imkanına malik olacağını söyləyib. 
Baş nazir deyib: "Biz Ermənistan Respublikası xalqına yeni Konstitusiya təklif etməyi planlaşdırırıq və xalqın bununla bağlı qərar vermək imkanı olacaq".
O qeyd edib ki, yeni Konstitusiya qəbul edilərkən dövlətin inkişafı və davamlılığı nəzərə alınmalı və diqqət mərkəzində saxlanılmalıdır.
Paşinyanın sözlərinə görə, istənilən Konstitusiya dövlətin inkişafı üçün müvafiq "aerodinamika"nı təmin etməlidir və Ermənistanda da məhz bu plan həyata keçirilməlidir.
Hürr Tərcüman