Paşinyan: Türkiyəyə humanitar yardım göndərilməsi qərarının müəyyən siyasi nəticələri olarsa, biz buna sevinərik
.jpg)
Bizim heç bir ilkin şərtimiz yoxdur. Biz sadəcə olaraq inanırıq ki, biz qonşuyuq və münasibətlərimiz olmalıdır. Bu barədə dünən “Cənubi Qafqazda təhlükəsizlik və sabitlik. Ermənistan üçün perspektivlər” mövzusunda aparılan müzakirələrdə Nikol Paşinyan Ermənistan-Türkiyə münasibətlərinə toxunaraq deyib.
“Düzünü desəm, indi bu barədə danışmağın düzgün olub-olmadığına belə əmin deyiləm, amma hesab edirəm ki, indi Ermənistanla Türkiyə arasında münasibətlərin qurulmasına əsas maneə Azərbaycanın mövqeyidir. Bəlkə də bunu deməməliydim, amma bu prosesin çox vacib nüanslarını bilmənizi istəyirəm. Biz elə bu gün heç bir mübaliğəyə yol vermədən sərhədi açmağa hazırıq. Yeri gəlmişkən, biz sərhədi bağlamamışıq, onu Türkiyə bağlamışdı. Amma indi biz çox vacib bir addım atmışıq. Dediyim kimi, humanitar yardımımız sərhəddən Türkiyəyə göndərildi. Təbii ki, bizim reaksiyamız və mövqeyimiz tamamilə humanitar yanaşmaya əsaslanırdı. Amma Türkiyəyə humanitar yardım göndərilməsi qərarının müəyyən siyasi nəticələri olarsa, biz buna sevinərik”, deyə Paşinyan bildirib.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya