Saat:03:36
Haqqımızda

Paşinyan Türkiyə sərhədinə getdi - sərhəd məntəqəsi açılmağa hazırdır

2024-07-26 16:39:53

Paşinyan Türkiyə sərhədinə getdi - sərhəd məntəqəsi açılmağa hazırdır

Ermənistan Türkiyə ilə sərhədin açılmasını gözləyir
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Armavir vilayətinə işgüzar səfəri zamanı Türkiyə ilə həmsərhəd "Marqara" sərhəd keçid məntəqəsinə gedib. Bu barədə "Sputnik Ermənistan" agentliyi məlumat verib.
Paşinyan məntəqənin və yerləşdiyi ərazinin vəziyyəti ilə tanış olub, Marqara kəndinin sakinləri ilə görüşüb.
Ankara ilə İrəvan arasında sərhədlərin üçüncü ölkələrə açılması barəsində razılaşmadan sonra "Marqara" məntəqəsi modernləşdirilib və yeni avadanlıqlarla təmin olunub. Razılaşma hələ həyata keçirilməsə də, məntəqə artıq bir neçə aydır ki, istifadəyə hazırdır.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.261235