Paşinyan sülh sazişindən danışdı, şərt irəli sürdü

2023-09-07 13:05:20

Paşinyan sülh sazişindən danışdı, şərt irəli sürdü

Ermənistan Azərbaycanla sülh və münasibətlərin normallaşdırılmasına dair saziş bağlamağa hazırdır”. 

Hurriyyet.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan hökumətin sentyabrın 7-də keçirilən iclasında deyib. 

Ancaq o əlavə edib ki, sülh sazişi beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi dialoqu və Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin həlli üçün Laçın yolunun açılması əsasında bağlanıla bilər. 

Paşinyan deyib ki, Ermənistan 2021-ci il dekabrın 14-də Brüsseldə, 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü ilin mayında Brüsseldə əldə edilmiş razılaşmalara, habelə onun Rusiya və Azərbaycan prezidentləri ilə 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata sadiqliyini vurğulayır. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.139098