Paşinyan sülh müqaviləsi ilə bağlı tarix açıqladı
2024-05-07 14:53:06
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu ilin noyabr ayına qədər Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalana biləcəyini söyləyib.
Paşinyan bu gün keçirilən mətbuat konfransında deyib: "Mən sülh müqaviləsinin noyabr ayında imzalanması ideyası ilə razıyam. Bunun üçün isə bütün razılaşdırılmış prinsiplər müqavilədə qeyd edilməlidir. Ümidvaram ki, xarici işlər nazirlərinin Almatıdakı görüşündə irəliləyiş qeydə alınacaq".
Hürr Tərcüman