Paşinyan son atışma ilə bağlı İran prezidentinə zəng edib

2022-09-13 13:28:00

Paşinyan son atışma ilə bağlı İran prezidentinə zəng edib

Ermənistanın rəsmi mənbələri ötən gecə Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş verən hərbi toqquşmaların ardınca İran prezidenti Seyid İbrahim Rəisi ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığının baş tutması barədə məlumat yayıblar.
İran mediasının iddiasına görə, Paşinyan İran tərəfinə Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisində “təxribat və təcavüzkar” addımlarının təfərrüatları haqda məlumat verib.
Ermənistan baş nazirinin ofisindən verilən məlumata görə, telefon danışığında İran prezidenti Cənubi Qafqazda yeni müharibəni qəbuledilməz hesab edib və ölkəsinin Qafqazdakı prosesləri diqqətlə izlədiyini bildirib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057560