Paşinyan: "Silahlarımızı itirmişik"
2024-09-12 13:31:03
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 2020-ci il Qarabağ müharibəsindən sonra çox sayda silah itirdiklərini bəyan edib.
Paşinyan müxalifət təmsilçisinin ölkədə cinayətkarlığın artması, çox sayda qeyri-leqal silahların və silahlı quldur dəstələrinin mövcud olması barəsində sualına cavab verərkən deyib: "44 günlük müharibədən sonra çox sayda silah itdi. Hətta bu məsələni Təhlükəsizlik Şurasının iclasında da müzakirə etmişik. Daxili İşlər Nazirliyi ilə birlikdə silahların aşkar edilməsinin yeni metodunu hazırlamışıq. Bu sahədə bir qədər uğur əldə olunub".
Hürr Tərcüman