Saat:03:47
Haqqımızda

Paşinyan: “Sərhədlərimizi rusiyalı sərhədçilər qorumalıdır, KTMT-yə müraciət eləməliyik”

2021-07-29 12:46:00

Paşinyan: “Sərhədlərimizi rusiyalı sərhədçilər qorumalıdır, KTMT-yə müraciət eləməliyik”

“Ermənistan hökuməti bu işi təkbaşına görə bilməz”

Hurriyyet.org xəbər verir ki, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiyaya Ermənistanın Azərbaycanla sərhədlərinə keşik çəkməyi təklif edib.

Paşinyan bu gün Azərbaycanla Ermənistan sərhədi boyunca rus sərhədçilərinin yerləşdirilməsi təşəbbüsü ilə çıxış edib. Həmçinin, sərhəddə KTMT-nin monitorinq missiyasını yerləşdirməyi də təklif edib. O, Ermənistan hökumətinin təkbaşına vəziyyəti sabitləşdirə bilmədiyini, buna görə də xaricdən kömək almaq üçün müttəfiqlərinə müraciət etməli olduğunu bildirib: “Ermənistanla Azərbaycan sərhədi boyunca Rusiya sərhədçilərinin yerləşdirilməsi məsələsinə baxmaq lazımdır. Bu, demarkasiya işlərinin insidentsiz keçirilməsi üçün zəruridir. Bu mövzunu rusiyalı həmkarlarımızla müzakirə eləməyə hazırlaşırıq”.

Paşinyan eyni məqsədlə KTMT-yə müraciət eləməyi də təklif edib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR