Saat:18:17
Haqqımızda

Paşinyan sərhədimizə gəlib Azərbaycanı işarə etdi - Foto

2025-04-20 00:04:02

Paşinyan sərhədimizə gəlib Azərbaycanı işarə etdi - Foto

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün çıxış etdiyi biznes seminarının iştirakçılarını Azərbaycanla sərhədə gətirib.

Hurriyyet.az Globalinfo.az-a istinadən xəbər verir ki, baş nazir bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.

O, “real Ermənistan” ideologiyasının nə olduğunu görmək istəyənlərin Azərbaycanla sərhəddə delimitasiya və demarkasiya prosesi tamamlanan Tavuş vilayətinin Kirants kəndinə səfər etməli olduqlarını bildirib.

Paşinyan Kirantsda Azərbaycanla sərhəddə çəkilmiş divarı göstərərək, “Bu, məşhur Kirants divarıdır, onun digər tərəfində Azərbaycan yerləşir”, – deyib.

“Demarkasiya olunmuş dövlət sərhədi, təhlükəsiz və dinc həyat,  yeni tikilmiş məktəb, abad avtomobil yolu, bərpa olunmuş kilsə və əhali arasında müşahidə olunan say artımı. Demarkasiyadan əvvəl Kirantsda 80 ev var idi, indi daha 43 ev tikilir. Bu, əsl Ermənistandır”, – Paşinyan qeyd edib.

Yayımlanan görüntülərdə sərhəd divarındakı çat isə xüsusi diqqət çəkib. Ermənistan tərəfində çəkilən divarın keyfiyyətsizliyi ictimaiyyətdə narazılıq doğurub.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.165450