Saat:19:57
Haqqımızda

Paşinyan sazişdən yayınmaq üçün bu hiyləyə əl ata bilər – Açıqlama

2022-05-23 17:00:00

Paşinyan sazişdən yayınmaq üçün bu hiyləyə əl ata bilər – Açıqlama

Ermənistandakı etiraz aksiyalarında növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı çağırışlar var. Hətta ehtimallardan biri də budur ki, Baş nazir Nikol Paşinyan növbədənkənar seçkilərə gedib yenidən müxalifəti məğlub edəcək və yenə də Azərbaycanla danışıqlarda möhlət istəyəcək.

Belə bir ehtimal mümkündürmü?

Paşinyan ikinci dəfə növbədənkənar seçkilərə gedə bilərmi?

Əgər getsə, son nəticə necə ola bilər?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Fərhad Mehdiyev seçkilərin olacağına inanmır:

“Nə qədər ki, aksiya iştirakçıları məhdud saydadır, Paşinyanın seçkilərə getməsinə ehtiyac yoxdur. Onsuz da seçkiləri udacaq. Amma bu, Paşinyana hansı dividentlər qazandıracaq? Təbii ki, əlini gücləndirəcək. 

Aksiyalar sadəcə Paşinyanın sülh müqaviləsini imzalamasına əngəl olur. Bu da Paşinyana sərf etmir. Çünki zaman keçdikcə, Ermənistanın imzalayacağı sülh müqaviləsinin şərtləri onun əleyhinə dəyişəcək. Buna görə də siyasi məsuliyyət daşıyan Nikol Paşinyanın özü olacaq”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR