"Paşinyan sabah, Türkiyədə azərbaycanlıların Ermənistana qayıdışı məsələsi ilə RAZILAŞACAQ, sülh sazişini İMZALAYACAQ"
2025-06-19 15:01:44

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfərinin gündəliyi rəsmən açıqlanmasa da, "Hraparak" adlı məşhur erməni nəşri onun Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırlaşdığını iddia edib.
Qəzetin yazır: "Sənədin imzalanması Türkiyə lideri R.T.Ərdoğanın vasitəçiliyi ilə baş tuta bilər. Tərəflər artıq sazişin əsas müddəalarını razılaşdırıblar - buraya 300 min azərbaycanlının Ermənistandakı tarixi torpaqlarına qayıdışı daxildir".
Xatırladaq ki, ötən əsrin axırlarında Ermənistanda yaşayan 300 min nəfərə qədər azərbaycanlı etnik təmizləmə siyasəti nəticəsində tarixi vətənlərindən qovulmuşdular.
Hürr Tərcüman
