Saat:13:25
Haqqımızda

Paşinyan Rəisi ilə görüşdə bu məsələləri müzakirə etdi

2021-08-05 15:40:00

Paşinyan Rəisi ilə görüşdə bu məsələləri müzakirə etdi

İranda səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti İbrahim Rəisi ilə görüşüb.

Axar.az xəbər verir ki, görüş zamanı Rəisi Tehranın dost Ermənistanla siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişafına önəm verdiyini qeyd edib. Paşinyan isə İranla əlaqələrin inkişafının Ermənistan üçün birinci dərəcəli olduğunu deyib.

Paşinyan İranın Şimal-Cənub avtomobil yolunun tikintisinə marağını alqışlayaraq, Ermənistan hökumətinin İran şirkətlərinin Qarakilsə-Meğri hissəsinin tikintisi üzrə tenderdə iştirakını müzakirə etməyə hazır olduğunu vurğulayıb. Tərəflər enerji sahəsində əməkdaşlığa da toxunublar. Xüsusilə, İran-Ermənistan elektrik verilişi xəttinin tikintisindəki irəliləyiş, qaz-elektrik mübadiləsi proqramının uzadılması və genişləndirilməsi məsələləri müzakirə edilib.

Rəisi bölgədə sülhün qorunmasının Tehran üçün əsas əhəmiyyət kəsb etdiyinə diqqət çəkib və İranın bütün məsələləri dialoq yolu ilə həll etməyi zəruri hesab etdiyini deyib.

Görüş çərçivəsində mədəniyyət, elm, təhsil, ən son texnologiyalar və səhiyyə sahələrində əməkdaşlıq imkanlarını da müzakirə edilib. Görüşün sonunda Paşinyan Raisini Ermənistana dəvət edib, İran lideri dəvəti qəbul edib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR