Paşinyan qorxularını ETİRAF ETDİ: “Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var"

2022-09-08 20:15:00

Paşinyan qorxularını ETİRAF ETDİ: “Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var

Paşinyan Azərbaycanla sərhədin demarkasiyası ilə bağlı qorxularını etiraf edir.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Vladivostokda erməni icmasının nümayəndələri ilə görüşündə deyib.

Həmişə olduğu kimi, gah nala, gah mıxa vuran Paşinyan demarkasiya və delimitasiya prosesi ilə bağlı təhlükələrin olduğunu bildirib. Brüssel görüşündə, Vladivostokda çıxışında “səmimi” və “sözəbaxan” görünən Paşinyan ermənilərin arasına düşən kimi dəyişir, öz erməni xislətini büruzə verir.

Paşinyanın Vladivostokda erməni icmasının nümayəndələri ilə görüşdəki çıxışını kiçik hissəni təqdim edirik:

“Baxın, beynəlxalq platformalarda Azərbaycan Ermənistana qarşı heç bir ərazi iddiasının olmadığını bəyan edir. Amma “Şərqi Zəngəzur” ifadəsini işlədir. “Şərqi Zəngəzur” varsa, təbii ki, “Qərbi Zəngəzur” da var. Bütün bunların içində gizli iddialar var.

1921, 1923, 1975, 1969 xəritələrinə əsasən danışırlar. Biz deyirik ki, demarkasiya hüquqi qüvvəyə malik sənədlər əsasında aparılmalıdır.

Azərbaycanda belə bəyanatlar var ki, məsələn, müəyyən ilin xəritəsi Zəngəzurun qanunsuz olaraq Ermənistana verildiyini, yaxud bəzi yaşayış məntəqələrinin “qanunsuz olaraq Ermənistana verildiyini” təsdiq edir.

Bu, “dağıdıcı” yanaşma olmaqla yanaşı, Azərbaycanın daxili “təhdidlərini və ambisiyalarını” da ortaya qoyur. Biz irəli getməliyik və demarkasiya, delimitasiya məsələsini həll etməyi bacarmalıyıq, Qarabağ məsələsinin həllini tapmağı bacarmalıyıq”. \\KONKRET.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056650