Saat:12:28
Haqqımızda

Paşinyan "Qərbi Azərbaycan" terminindən danışıb

2024-11-23 09:07:00

Paşinyan

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın İctimai televiziyasına müsahibəsi zamanı "Qərbi Azərbaycan" terminindən bəhs edib.
Paşinyan deyib: "Haradasa kimlərinsə "Qərbi Azərbaycan" terminindən istifadə etməkləri bizə ağır gəlir, məyus edir, eləmi? Bəs özümüz "Qərbi Ermənistan" deyəndə, bunu kimlərinsə qıcıqlandırdığını fikirləşirikmi?
Bunu ona görə demirəm ki... İndi başlayacaqlar deməyə ki, bu, növbəti satqınlıqdır, alçaqlıqdır...
İndi elə statusdayam və elə məsuliyyət sahibiyəm ki, səbəb-nəticə əlaqəsini xalqa demək, göstərmək mənim borcumdur. Əgər mən bunu etməsəm, deməli, şüurlu şəkildə ölkəmizi dövlətçiliyini itirməyə aparıram. Buna yol verə bilmərəm!"
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.236945