Saat:07:41
Haqqımızda

Paşinyan Qarabağ separatçılarının Ermənistanın milli təhlükəsizliyinə təhdid yaratdıqlarını bildirib

2024-03-28 13:30:53

Paşinyan Qarabağ separatçılarının Ermənistanın milli təhlükəsizliyinə təhdid yaratdıqlarını bildirib

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ separatçılarının başçısı Samvel Şaxramanyanın "Le Figaro" nəşrinə müsahibəsinə münasibətini bildirərkən Qarabağdan "məcburi köçənlərin" bəzi dairələrinin Ermənistanın milli təhlükəsizliyini təhdid edən addımlar atdıqlarını deyib.
Paşinyan Nazirlər Kabinetinin iclasında deyib: "Qəti şəkildə qeyd eləmək istəyirəm ki, Ermənistanda yalnız bir hökumət var, o da bu zalda oturanlardan ibarətdir. Zərurət yarandığı təqdirdə müvafiq tədbirlər görülməlidir ki, xarici qüvvələri bəzi dairələrdən təhlükəsizlik təhdidi yaratmaq üçün istifadə edə bilməsinlər. Dövlətə hörmət xəttini tapdalayan hər kəs müvafiq reaksiya ilə qarşılaşmalıdır".
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.239532