Saat:04:08
Haqqımızda

Paşinyan: “Qarabağ məsələsindən Ermənistanın dövlətçiliyinin inkişafına qarşı istifadə edirdilər”

2023-11-16 14:20:03

Paşinyan: “Qarabağ məsələsindən Ermənistanın dövlətçiliyinin inkişafına qarşı istifadə edirdilər”

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı Qarabağ məsələsindən erməni dövlətçiliyinin möhkəmliyinə qarşı alət kimi istifadə edildiyini bəyan edib. Paşinyan deyib: “Bizim Qarabağ məsələsi ilə bağlı istədiklərimizi əldə eləmək mümkün deyildi. Ən azı ATƏT-in 1996-cı ildəki Lissabon sammitindən sonra mümkünsüz idi. Həmin sammitdə “konsensus-1”-ə (-1 – Ermənistandır) birləşdikdən sonra rəsmi görüşlərin qapalı hisssində və banketlərdə bizi bunun mümkün olduğuna və hökmən olacağına inandıran, həmişə ruhlandırmağa çalışan hər kəs yalnız bir məqsədə xidmət edib – erməni dövlətinin formalaşmasına imkan verməmək”.

“Minimum olaraq, 1996-cı ildən bəri Qarabağ məsələsi olmayıb. Ermənistan Respublikası məsələsi olub. 1998-ci il, 1999-cu il 27 oktyabr, 2020, 2023-cü il hadisələrinə məhz bu kontekstdə baxmaq lazımdır”.

Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.596023