"Paşinyan Qarabağ barəsində filmin "Oskar"a namizədliyinə əngəl olub"
2024-11-21 15:08:11
Hurriyyet.az xəbər verir ki, saxta separatçı ideyaların daşıyıcısı olan yazıçı Harut Sasunyan Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağ barəsindəki filmin "Oskar" mükafatına namizədliyinin irəli sürülməsinə şəxsən əngəl olduğunu bəyan edib.
Bu barədə Sasunyan redaktoru olduğu "The California Courier" ("Kaliforniya kuryeri") qəzetindəki məqaləsində yazıb.
Onun sözlərinə görə, Milli Kino Akademiyası Şoqakat Vardanyanın Qarabağ müharibəsi barəsindəki "1489" filmindən imtina edərək, akademiyanın üzvü olan rejissor Edqar Baqdarsaryanın "Yaşa və Leonid Brejnev" filmini daha layiqli hesab edib.
Hürr Tərcüman