Paşinyan Putinə zəng etdi

2023-03-13 15:24:00

Paşinyan Putinə zəng etdi

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

Tərəflər Rusiya, Ermənistan və Azərbaycan liderlərinin razılaşmalarının həyata keçirilməsini, o cümlədən Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması üzrə addımları müzakirə ediblər.

Putin Paşinyanla, həmçinin Qarabağla bağlı bütün məsələlərin konstruktiv şəkildə, tərəflərin Rusiya sülhməramlıları ilə sıx təmasda həll edilməsinin zəruriliyini müzakirə edib. (qafqazinfo)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.175073