Paşinyan Parisə gedir - Makron və Şarl Mişellə görüşəcək
2023-11-09 14:06:51
Ermənistanın baş naziri Nikol Paşinyan Paris Sülh Forumunda iştirak edəcək.
Hurriyyet.az xəbər verir ki, forum Fransa prezidenti Emmanuel Makronun himayədarlığı ilə təşkil olunacaq.
Forum noyabrın 10 və 11-də baş keçiriləcək.
Tədbirdə çıxış edənlər arasında Paşinyan, Makron, Avropa Şurasının prezidenti Şarl Mişel və başqalarının olacağı deyilir.
yenisabah.az