Paşinyan "odla-su arasında qalıb"

2023-01-12 14:58:00

Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan "odla su arasında qalıb". O artıq öz vəziyyətini yüngülləşdirmək üçün eyni zamanda neçə stulda oturacağına da qərar verə bilmir, başqa sözlə "kələfin ucunu itirib".

Baş nazir Xankəndində baş verənlərin yükünü üstündən atmaq üçün bildirib ki, "Azərbaycanın Laçın dəhlizinin bağlanması təxribatı"na Dağlıq Qarabağ xalqı və hökumətinin reaksiyası asimmetrik olmalı, vəziyyətin qiymətləndirilməsi faktiki olmalıdır, həmçinin siyasi bəyanatlardan qaçmaq vacibdir. vəziyyəti daha da çıxılmaz vəziyyətə salır. "Armenpress" xəbər verir ki, Paşinyan bu barədə yanvarın 12-də hökumətin iclasında Laçın dəhlizi ətrafında vəziyyətə toxunaraq bildirib.
Paşinyan, "nala-mıxa" vuraraq, vəziyyəti “Qiymətim dəyişməz olaraq qalır: Azərbaycanın Laçın dəhlizini qanunsuz blokadaya alması Dağlıq Qarabağ ermənilərinin öz vətənlərində yaşamaq iradəsini qırmağa yönəlib. Amma inanıram ki, bu iradəni qırmaq olmaz”, kimi təqdim edib.
Onun sözlərinə görə, bu vəziyyəti necə həll etmək barədə müəyyən təsəvvürə malik olmaq lazımdır.
“Məncə, Dağlıq Qarabağ xalqının və hökumətin bu məsələyə reaksiyası asimmetrik olmalıdır. Bu nə deməkdir: ilk növbədə, son illərdə baş verən hadisələrə, onların dərin mənalarına, səbəblərinə o baxımdan yanaşmaq lazımdır ki, bizim hadisələrə, situasiyalara verdiyimiz qiymətlər faktlara əsaslanmalıdır.
Bu baxımdan, ilk növbədə, vəziyyəti daha da çıxılmaz vəziyyətə salan siyasi bəyanatlardan çəkinmək lazımdır, çünki son nöqtəyə çatmaq barədə aydın ideyalarla müşayiət olunmayan bəyanatlar heç bir fayda vermir.
O əlavə edib ki, bundan sonra Azərbaycanla Dağlıq Qarabağ arasında siyasi söhbət başlamalıdır.
“Dağlıq Qarabağdakı həmkarlarımız heç kimin onları konstruktiv söhbəti pozmaqda və ya belə bir söhbəti qeyri-mümkün etməkdə ittiham etməyə imkan verməməlidir”, deyə baş nazir yekunlaşdırıb.
Paşinyanın fikirlərini ifadə tərzi söz oyununu xatırladır, sanki o çalışır ki, "nə şiş yansın, nə kabab". Paşinyanın fikrincə assimetrik yanaşma əsasında hadisələrə faktiki yanaşmaq vəziyyəti daha da çıxılmaz hala salan siyasi bəyanatları istisna etməlidir. Yəni baş nazir faktiki söz savaşından vəziyyəti gerçəklik əsasında götür-qoy etməyə keçməyi məsləhət görür. Bundan başqa, “Dağlıq Qarabağdakı həmkarlarımız heç kimin onları konstruktiv söhbəti pozmaqda və ya belə bir söhbəti qeyri-mümkün etməkdə ittiham etməyə imkan verməməlidir”, ifadələri ilə nəhayət kimi rsu "sülhməramlıları"nın haradansa daşıyıb Xankəndinə gətirdiyi öz deyimi ilə "həmkarlarını" nəhayət "ətəyindəki daşı yerə tökməyə" və "ipə-sapa yatmağa" çağırıb. Amma diplomatik dillə. Yəni belə deə deyə bilərik-Paşinyan Xankəndindəki "həmyerliləri"ni Arutunyanın, Vardanyanın, Balasanyanın yaxud başqa "yan"ların fitvasına uymamağa çağırır, amma təbii ki, öz stilində.
Yeri gəlmişkən, Vardanyan barədə. Rusiyanın emissarı olan separatçı Ruben Vardanyan vəziyyətdən çıxış yolunun 3 variantını artıq səsləndirib. Bu barədə Teleqram kanalları məlumat yayıb. Məlumata görə, Vardanyan, "Bakı ilə dialoqa hazırıq, lakin təslim olmaq rejimində deyil, qonşular arasında dialoqun mümkün olduğu şərtlər əsasında. Reallığı qəbul etməliyik və 3 yolumuz var" ifadələri ilə bundan sonrakı hərəkət planını sadalayıb:
1. Ya Azərbaycanın tələblərinə boyun əyin,
2. Ya da Qarabağı tərk edin,
3. Və ya problemi aradan qaldırmağın yollarını axtarın
Sonda isə "Biz öz torpağımızda yaşamaq hüququmuz üçün mübarizə aparırıq və bu, Ermənistanın rəsmi mövqeyindən fərqlidir" sözləri ilə hələ də manevr etmək fikrindən vaz keçmədiklərini ortaya qoyub. 

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.129738