Paşinyan nümayəndə heyəti ilə birlikdə Türkiyəyə yollandı
2025-06-20 12:44:08

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 13 nəfərdən ibarət nümayəndə heyəti ilə birlikdə Türkiyəyə işgüzar səfərə yollanıb.
Bu barədə Ermənistan mətbuatı məlumat verib.
Nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Ararat Mirzoyan, xarici işlər nazirinin müasvini Vahan Kostanyan, parlamentin vitse-spikeri Ruben Rubinyan, müxtəlif idarələrin rəhbərləri, mətbuat katibi və tərcüməçi daxildir.
Hürr Tərcüman
