Saat:04:33
Haqqımızda

Paşinyan niyə Putinin yox, Ərdoğanın andiçmə mərasimində iştirak edib?

2024-05-07 16:09:04

Paşinyan niyə Putinin yox, Ərdoğanın andiçmə mərasimində iştirak edib?

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan RF Prezidenti Vladimir Putinin andiçmə mərasiminə dəvət edilmədiyini bəyan edib.
Qeyd edək ki, RF Prezidentinin köməkçisi Yuri Uşakov bir qədər əvvəl verdiyi açıqlamada xarici dövlətlərin başçılarına dəvətnamələr göndərilmədiyini bildirmişdi. Uşakov andiçmənin ölkədaxili tədbir olduğunu və adətən olduğu kimi, xarici ölkələrin diplomatlarına dəvət göndərildiyini deyib.
Paşinyan mətbuat konfransında jurnalistlərin suallarına cavab verərkən deyib: "Türkiyə Prezidenti andiçmə mərasimində iştirak etmək üçün mənə dəvətnamə göndərmişdi, mən də gündəlikdə duran məsələlərin xüsusiyyətini nəzərə alaraq, mərasimdə iştirak elədim. Rusiya Prezidentindən isə deyəsən, belə dəvət olmayıb. Amma qeyd etmək istəyirəm ki, bu gün burada sizlərlə söhbətim həmin mərasimdə iştirakdan daha az vacib deyil".
Xəbər verdiyimiz kimi, RF Prezidenti Vladimir Putinin andiçmə mərasimi bu gün keçirilib.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.173317