Paşinyan: “Nemezis” abidəsinin qoyulması bir səhv olub”

2023-05-06 10:22:00

Paşinyan: “Nemezis” abidəsinin qoyulması bir səhv olub”

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan “Azadlıq” radiostansiyasına müsahibəsində İrəvanda “Nemezis” abidəsinin qoyulmasının səhv qərar olduğunu bildirib.

Paşinyan abidənin ucaldılması qərarını Ermənistan hökumətinin vermədiyini söyləyərək, “hökumət başçısının heç də hamıya nəzarət edə bilməməsini demokratiyanın ən böyük qüsurlarından biri” adlandırıb. Paşinyanın sözlərinə görə, bu qərarı yerli bələdiyyə orqanları verib.

Paşinyan deyib: “Bu, emosional fonda və elə bir situasiyada baş verib ki, o zaman Ermənistanda çoxlarını satqın hesab edirdilər və çoxlarını satqınlığa görə güllələnmə ilə təhdid edirdilər. Dərin problemlər var”.

Xəbər verdiyimiz kimi, aprelin 25-də, İrəvanda “Nemezis” terror əməliyyatına həsr edilmiş abidənin açılışı olub.

1920-ci illərdə fəaliyyət göstərən erməni terrorçuları həmin əməliyyat çərçivəsində Osmanlı imperiyasının bir sıra siyasi və hərbi xadimlərini və Azərbaycan Demokratik Respublikasının dövlət xadimlərini qətlə yetiriiblər.

Türkiyənin Xarici İşlər Nazirliyi bununla əlaqədar Ermənistana nota vermiş, ardından Türkiyə öz hava məkanını Ermənistan təyyarələrinə bağlamışdı.

Türkiyə XİN-in notasında deyilir: “1920-ci illərin əvvəllərində Osmanlı siyasi və hərbi liderləri ilə yanaşı, o dövrün Azərbaycan dövlət xadimlərinə və hətta bəzi erməni əsilli Osmanlı vətəndaşlarına qarşı həyata keçirilən sui-qəsdləri törədənlərə itfah edilən “Nemezida abidəsi”nin İrəvanda açılmasını qətiyyətlə pisləyirik

Bu rüsvayçı abidənin açılışı 31 diplomatımızın və onların ailə üzvlərinin qətlə yetirildiyi mənfur terror hücumlarına səbəb olan qanlı bir terror hərəkatının ucaldılmasıdır.

Bu hadisənin erməni mətbuatında təqdim edilə tərzi də təsdiq edilməsi mümkün olmayan də saxta tarix təsəvvürünün bəzi zehinlərdə hələ də qalmağa davam elədiyini göstərməkdədir.

Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesinin ruhu ilə uzlaşmayan bu cür təxribatçı addımlar regionda daimi və davamlı sülh və sabitliyin bərqərar olması istiqamətində səylərə heç bir töfhə verməyəcək, tamamilə əksinə, normallaşma prosesinə mənfi təsir edəcəkdir”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.113545