Paşinyan nədən qorxuya düşüb? – Brüsseldə onu 10 DTX əməkdaşı qoruyub

2022-09-01 12:09:00

Paşinyan nədən qorxuya düşüb? – Brüsseldə onu 10 DTX əməkdaşı qoruyub

Dünən Nikol Paşinyan Brüsseldə Şarlz Mişel və İlham Əliyevlə növbəti görüşə gedib. Adətən baş naziri belə görüşlərdə digər rəsmiləri nəzərə almasaq, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 3-4 əməkdaşı müşayiət edir. 

Bu barədə informasiyanı “Hraparak.am” saytı yayıb.

Mənbə qeyd edir ki, bu dəfə Paşinyanı DTX-nin 10 əməkdaşı qoruyub.

“Görəsən, böyük bir heyətin Brüsselə aparılmasının səbəbi nə ilə bağlı ola bilər? Yəqin o, xaricdə öldürüləcəyindən qorxuya düşüb. Ya da Brüsselin erməni icmasının təşkil edəcəyi etiraz aksiyalarından çəkinib və təhlükəsizliyi gücləndirmək qərarına gəlib.

Məlumdur ki, bu əməkdaşların hamısı gündəlik yüksək müavinət alır, bahalı otellərdə yaşayır və bütün bunlar dövlət büdcəsinin hesabına həyata keçirilir”, deyə nəşr yazıb.

Bizim.Media
 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058865