"Paşinyan Moskvada 90 dərəcə əyildi" - ZAUR MƏMMƏDOV

2022-04-20 11:48:00

"Vladimir Putin Ermənistanda hakimiyyəti güc yolu ilə dəyişməyi hələlik düşünmür"

"Ermənistanın baş naziri Nikol Paşinyanın şimala səfərinin nəticəsini çox qısa belə şərh edərdim: Prezident İlham Əliyevin şah və mat gedişi. Yekun açıqlamada nə Dağlıq Qarabağ, nə status ifadələri var. Əvəzində kommunikasiyaların açılması, demarkasiya, 3+3 və sair". Hurriyyet.az xəbər verir ki, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov qeyd edib.

Nikol Paşinyanın yalnız bir təsəllisinin olduğunu vurğulayan Bakı Politoloqlar Klubunun rəhbərinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Ermənistanda hakimiyyəti güc yolu ilə dəyişməyi hələlik düşünmür: "Müxalifətdənsə, bölgədə daha mülayim siyasətin tərəfdarı olan Nikol daha məqbuldur. Açıqlamanın bütün bəndləri Paşinyanın Moskvada 90 dərəcə əyildiyini göstərir. Rusiya istədiyi müddəaları ikitərəfli sənədə daxil etdi".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya