Saat:18:42
Haqqımızda

"Paşinyan Minsk Qrupu həmsədrlik institutunu yenidən canlandırmaq istəyir" - ELXAN ŞAHİNOĞLU

2022-11-29 15:53:00

"Ancaq biz "yox" deyəndən sonra Fransanı zorla masada oturtmaq mümkün deyil"

"Ermənistanın baş naziri Nikol Paşinyanın "İlham Əliyevlə görüşlərdə Fransa prezidenti Emmanuel Makron da iştirak etsin" tələbi həm də İrəvanın Minsk Qrupu həmsədrlik institutunu yenidən canlandırmaq istəyi ilə bağlıdır". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, hazırda Rusiya və ABŞ Azərbaycanla Ermənistan arasında vasitəçi kimi çıxış edir, keçmiş həmsədrlərdən bircə Fransa yoxdur: "Ona görə Paşinyan müttəfiqini də prosesə qatmağa çalışır ki, keçmiş üçlük bərpa olunsun. Ancaq biz "yox" deyəndən sonra Fransanı zorla masada oturtmaq mümkün deyil. İkinci Qarabağ müharibəsindən sonra Fransanı faktiki Avropa İttifaqı əvəz edib və bu, daha faydalı formatdır, Şarl Mişel birliyə daxil olan bütün ölkələri təmsil edir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR