Saat:11:50
Haqqımızda

"Paşinyan məcburən Rusiyanın istəklərini yerinə yetirməli olacaq" - SAMİR HÜMBƏTOV

2021-08-03 15:06:00

"Rusiya Paşinyandan daxili işlər, müdafiə və milli təhlükəsizlik nazirliklərində öz adamlarının təmsil olunmasını istəyəcək"

"Ermənistan prezidenti Armen Sarkisyan dünən Nikol Paşinyanın baş nazir təyin edilməsi barəsində sərəncam imzaladı. Nikol Paşinyan növbədənkənar seçkilərdə yüksək səslə qalib gələrək parlamentə böyük üstünlük əldə etdi. Təbii ki, hələlik Paşinyan hökumət kabinetini yenicə formalaşdırmağa başlayır". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin siyasi eksperti Samir Hümbətov deyib.

Siyasi ekspert bildirib ki, Nikol Paşinyanın baş nazir postuna təsdiq olunmadan öncə Moskvaya səfər etməsi və Putinlə görüşməsi yeni kabinetdə rusyönümlülərin də olacağı ehtimalını artırır: "Hesab etmirəm ki, Paşinyan rusyönümlü qüvvələrin öz kabinetində olmasının tərəfdarıdır. Amma məcburən Rusiyanın istəklərini yerinə yetirməli olacaq. Ən azından öz hakimiyyətini möhkəmləndirənə kimi ruslarla xoş davranmalı olacaq. Ehtimallar var ki, Rusiya Paşinyandan üç əsas strukturda öz adamlarının təmsil olunmasını istəyəcək. Bunlar daxili işlər, müdafiə və milli təhlükəsizlik nazirlikləridir. Kreml sözügedən qurumlarda özünə sadiq adamları yerləşdirməklə Ermənistandakı prosesləri idarə etməyə çalışacaq".

Samir Hümbətovun sözlərinə görə, burada digər önəmli məsələ Ermənistan və Azərbaycan arasında mövcud olan Qarabağ məsələsidir: "Bu mövzuda Paşinyanın Rusiyadan fərqli mövqe sərgilədiyi görünür. Fikrimcə, Paşinyan post-müharibə dövründə ölkəsinin blokadasını aradan qaldırmaq üçün bəzi addımlar atmağa çalışacaq, amma Rusiyanın buna nə dərəcədə icazə verəcəyi sual altındadır. 10 noyabr 2020-ci və 11 yanvar 2021-ci illərdə üçtərəfli formatda imzalanmış bəyannamələrin icrasında yubanmaların aradan qaldırılması əsas məsələlərdəndir. Azərbaycandan fərqli olaraq Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmək istəmir və Rusiya da bu məsələdə Ermənistan təziq etmək niyyətində görünmür. Əksinə, həm Zəngəzur dəhlizinin açılmasının yubadılması, kommunikasiyaların açılmaması, erməni silahlı terrorçularının rus "sülhməramlıları"nın nəzarət etdiyi bölgədən hələ də çıxarılmaması, erməni terrorçularının rus "sülhməramlıları"nın yerləşdiyi ərazilərdən və Ermənistan-Azərbaycan dövlət sərhədinin müxtəlif istiqamətlərindən Azərbaycan Silahlı Qüvvələrini mütəmadi şəkildə atəşə tutması, minaların xəritələrinin tam şəkildə Azərbaycan tərəfinə verilməməsi və digər məsələlər problemlərin hələ də mövcudluğundan xəbər verir. Son günlər rus mediasında və siyasi elitasında Azərbaycana qarşı çirkin ifadələrin tez-tez yer alması və Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən proseslərin Azərbaycana qarşı çirkin niyyətlərin olduğunu göstərir. Nikol Paşinyanın Rusiyanın orbitindən çıxmaq üçün bütün gücü ilə çalışacağını düşünsək, regionda yeni dəyişikliyin olacağını demək mümkündür".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR