Saat:19:22
Haqqımızda

Paşinyan Makronun Qarabağdan qaçmış "kukla"sını HƏBS ETMƏYƏ HAZIRLAŞIR!

2024-03-29 13:39:40

Paşinyan Makronun Qarabağdan qaçmış

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin sonuncu iclasında maraqlı məsələlərə toxunub. Onun özünü “dqr”in “mühacirətdə olan hökuməti” adlandıran “qurumun” fəaliyyəti ilə bağlı dedikləri diqqət çəkib.

Paşinyan açıq şəkildə deyib: “Ermənistanda Ermənistan Respublikası hökumətindən başqa heç bir hökumət ola bilməz. Ermənistanda kimsə özünü hökumət kimi tanıdırsa, bu, milli təhlükəsizlik məsələsidir. Bu, sadə bəyanat deyil, aydın mesajdır və bu mesaj real həyatda ifadə olunmalıdır”.

Aydın məsələdir ki, Qarabağ separatçılarının keçmiş rəhbəri Samvel Şahramanyanın Fransanın “Le Figaro” nəşrinə müsahibəsində mühacirətdə olan “Qarabağ hökuməti”nin İrəvanda fəaliyyətini davam etdirdiyini deməsi Paşinyanı həm narahat edib, həm də qəzəbləndirib.

Paşinyan iclasda çıxışı zamanı bunları söyləyib: “Qarabağdan köçən bəzi dairələr bilərəkdən və ya bilməyərəkdən Ermənistan Respublikasının milli təhlükəsizliyinə təhdid yaradan hərəkətlər və addımlar atırlar, hansısa hakimiyyətin mühacirətdə olduğunu bəyan edirlər”.

Paşinyan yaxşı bilir ki, Şahramanyanın bu açıqlaması Azərbaycan tərəfini narazı salacaq. Rəsmi Bakı nə bu gün, nə də bundan öncə keçmiş separatçıları ciddiyə almayıb, onları bərabər səviyyəli tərəf kimi tanımayıb. Rəsmi Bakı bu və bu kimi məsələlərdə ancaq və ancaq Ermənistanı tərəf kimi görür. Yəni Paşinyan rəsmi Bakının beynəlxalq təşkilatlara, ya da elə Ermənistanın özünə separatçılara dəstək verməsi barədə şikayət edəcəyini bilir.

Paşinyan son zamanlar sülhə zərər vuracaq addımlardan çəkinir, Bakını narazı salacaq ehtimal addımlar ilə bağlı lazımi izahatı verir. Bütün bunlar müsbətdir, lakin Paşinyanın daha real addımlar atması lazımdır. Misal üçün, Samvel Şahramanyan və bu qəbildən olan şəxslərin həbs edilməsi vacibdir. Bu, Bakı nəzdində sülhə dəstək verəcək, habelə, etimad mühitini yaxşılaşdıracaq mühüm jest kimi qiymətləndirilə bilər.

Aydın məsələdir ki, Samvel Şahramanyanın bu qədər aktivləşməsi səbəbsiz deyil. Fransa erməni separatizmini “diriltməyə”, separatçıların beynəlxalq informasiya müstəvisinə çıxışını təmin etməyə çalışır. Paris məhz buna görə Şahramanyana ciddi dəstək verir.

Şahramanyan və separatizmin dirildilməsi məsələsi hazırda Paris ilə İrəvan arasında mübahisəli məsələyə çevrilib. Yuxarıda da qeyd etdiyim kimi, Ermənistan maksimum dərəcədə Bakını narazı salacaq və sülh prosesinə mane olacaq məqamlardan yayınmağa çalışır. Fransa isə iki ölkə arasında gedən sülh danışıqlarından məmnun deyil və açıq şəkildə pozuculuqla məşğuldur.

Paşinyan Şahramanyan ilə bağlı ciddi tədbir görərsə, daha dəqiq desək, onu həbs edərsə, bu, Paris ilə İrəvan arasında narazılığı artıracaq. İrəvan seçim etməlidir: ya sülh gündəliyinə sadiq qalmalı, ya da Parislə münasibətləri korlamaq bahasına Şahramanyanı həbs etməlidir.

Turan Rzayev,

Politoloq

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR