Paşinyan: “KTMT təlimlərinin Ermənistanda keçməsini istəmirik” – Rusiyanın “Sarsılmaz qardaşlıq-2023” bəyanatı havada qaldı

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında Ermənistanın 2023-cü ildə ölkə ərazisində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təlimlərinin keçirilməsini məqsədəuyğun hesab eləmədiyini söyləyib.
Paşinyan deyib: “Ermənistanın Müdafiə naziri KTMT-nin Birləşmiş Qərargahına məlumat verib ki, indiki şəraitdə KTMT təlimlərinin Ermənistanda keçirilməsini məqsədəuyğun hesab eləmirik. Ən azı, bu il Ermənistanda belə təlimlər keçirilməyəcək”.
2023-cü il 1 yanvar tarixində Rusiya Federasiyasının Müdafiə Nazirliyi bəyan eləmişdi ki, Rusiyanın Quru Qoşunlarının bölmələri yeni ildə Ermənistanda KTMT-nin “Sarsılmaz qardaşlıq-2023” sülhməramlı təlimlərində iştirak edəcəklər.
Xatırladaq ki, 2022-ci il noyabrın 23-də İrəvanda Paşinyan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının deklarasiyası layihəsi ilə Ermənistana yardım üçün birgə tədbirlər layihəsini imzalamaqdan imtina eləmişdi.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya