Paşinyan KTMT sənədini niyə imzalamadığını dedi
2022-12-07 20:01:00

Hurriyyet.az “Yerevan Today” nəşrinə istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdəki çıxışı zamanı KTMT-nin qərar layihəsini imzalamamasının səbəbindən danışarkən deyib: “Yardım ediləcəyi yazılmışdı, məhz hansı yardımın ediləcəyi yazılmamışdı”.
Paşinyan deyib: “Gözləntilərimiz bunlar idi: KTMT-nin Ermənistandakı cavabdehlik zonasının nədən ibarət olduğunu dəqiqləşdirmək – çünki, bu, prinsipial məsələdir, ikincisi, baş verənlərə konkret siyasi qiymət vermək”.
Paşinyan sərhəd məsələsindən danışarkən deyib: “Avropa İttifaqının müşahidəçiləri bilirlər ki, Almatı deklarasiyası ilə qəbul edilən sərhədlər bizim sərhədlərimizdir”.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya