Paşinyan KTMT-nin Ermənistana neçə nəfərlik missiya göndərmək istədiyini açıqladı

Hurriyyet.az “Sputnik Ermənistan” agentliyinə istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ilk dəfə olaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ölkəyə nə qədər müşahidəçi göndərməyə hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, söhbət 30 nəfərlik monitorinq missiyasından gedir.
Paşinyan parlamentdə Azərbaycanla Ermənistanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanınması barəsində müzakirələr zamanı deyib ki, Azərbaycanın dəfələrlə bəyan edib: əgər Ermənistan Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisini tanımasa, Azərbaycan da Ermənistanın 29,8 min kvadrat kilometr ərazisini tanımayacaq.
Paşinyan KTMT-nin lazım gələrsə, Ermənistana “müdafiə olunmaq üçün 30 nəfər güclü müşahidəçi” göndərməyə hazır olduğunu bildirdiyini söyləyib.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya