Paşinyan: “Kompromislər ağrılı olacaq”

2023-04-18 12:13:00

Paşinyan: “Kompromislər ağrılı olacaq”

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 2022-ci il üçün hökumət proqramının yerinə yetirilməsi ilə bağlı parlementdəki hesabat çıxışında Ermənistanda və regionda sülhün yalnız beynəlxalq ictimaiyyətin Ermənistanın 29800 kv km ərazisini tanıdığı, Ermənistanın özünün isə heç bir ölkəyə ərazi iddiası etməyəcəyi təqdirdə bərqərar olacağını söyləyib.

Paşinyanın sözlərinə görə, sülhə nail olmaq – dörd qonşu ölkə ilə normal münasibətləri olmaq deməkdir. Gürcüstan və İranla əməkdaşlığı daha da inkişaf etdirməklə yanaşı, əsas məsələ Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqdır.

Ermənistanın Baş nazirinin fikrincə, hökumətin funksiyası kompromis qərarların tam mahiyyətini vətəndaşlara çatdırmaqdır – “bu qərarların bir qismi ağrılı olacaq”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.206960