Saat:05:16
Haqqımızda

Paşinyan Kərkinin Azərbaycana təhvil verilməsinə münasibət bildirdi

2024-10-02 19:32:01

Paşinyan Kərkinin Azərbaycana təhvil verilməsinə münasibət bildirdi

Anklavlar mövzusu Azərbaycanla münasibətlərdə hər zaman olub və var. Ermənistan bu mövzudan imtina edə bilməz.

Hurriyyet.Az APA-ya istinadən bildirir ki, bu barədə adıçəkilən ölkənin Baş naziri Nikol Paşinyan müxalif deputat Qarnik Danielyanın Tiqranaşen kəndinin (Sədərək rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kərki kəndi-red.) Azərbaycana təhvil verilməsi məsələsinin müzakirə edildiyi barədə replikasına reaksiya verərkən bildirib.

Paşinyan belə bir müzakirə faktını təsdiqləməyib, lakin o qeyd edib ki, "İrəvan Azərbaycanın daxilində erməni anklavı Artsvaşenin (Gədəbəy rayonunda yerləşən Başkənd-red.) olması səbəbindən bu məsələdən yayına bilməz".

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.236448